Məqalənin təqdim edilməsi
JESHS əlyazmaları rəsmi onlayn təqdimetmə sistemi vasitəsilə qəbul edəcək. OJS platforması aktivləşdirildikdə təqdimetmə keçidi bu səhifədə veriləcək.
Nəşr haqqı
Məqalənin təqdim edilməsi, ekspert rəyi və nəşri hazırda tam ödənişsizdir. Submission fee və APC tələb edilmir.
Dillər
Məqalələr Azərbaycan, İngilis, Türk və Rus dillərində qəbul edilir. Hər məqalədə ingilis dilində başlıq, xülasə və açar sözlər olmalıdır.
Əsas struktur
- Başlıq
- Təxminən 200 sözlük xülasə
- 3–6 açar söz
- Giriş
- Ədəbiyyat icmalı / nəzəri çərçivə
- Metodologiya
- Nəticələr
- Müzakirə
- Nəticə və tövsiyələr
- Bəyannamələr və ədəbiyyat siyahısı
İstinad sistemi
APA 7 müəllif–tarix sistemi istifadə olunur.
İkiqat kor rəy
Rəy üçün təqdim olunan fayldan müəllif adı, mənsubiyyət və müəllifliyi aşkar edən məlumatlar çıxarılmalıdır.
