1. İlkin redaksiya yoxlaması
Təqdimatlar jurnalın məqsəd və əhatə dairəsinə uyğunluq, elmi töhfə, metodoloji əsaslandırma, texniki tələblər, etik bəyanatlar və anonimləşdirmə baxımından yoxlanılır.
2. Rəyçilərin seçilməsi
Rəyçilər mövzu ekspertizası, elmi kompetensiya və müstəqillik əsasında seçilir. Müəlliflə, maliyyələşdirici ilə və ya tədqiqatla bağlı əhəmiyyətli maraqlar toqquşması olan şəxs rəyçi təyin edilmir.
3. Qiymətləndirmə və qərar
Rəyçilər orijinallıq, metodologiya, məlumat və analiz, nəticələrin əsaslandırılması, istinadlar, etik uyğunluq və təqdimat keyfiyyətini qiymətləndirir. Qərar qəbul, kiçik düzəliş, əsaslı düzəliş və ya rədd ola bilər. Rəyçilər tövsiyə verir; yekun qərar redaksiyaya məxsusdur.
4. Məxfilik
Əlyazma məxfi sənəddir. Rəyçi və redaktorlar nəşr olunmamış materialı şəxsi məqsədlə istifadə edə və ya icazəsiz üçüncü tərəfə ötürə bilməz.
5. Təxmini qiymətləndirmə müddətləri
JESHS operativ və keyfiyyətli qiymətləndirmə aparmağa çalışır. Tipik olaraq ilkin texniki yoxlama 2–5 iş günü, editorial screening 5–10 gün, rəyçi dəvəti və təsdiqi 3–7 gün, xarici peer review 14–21 gün, müəllif düzəlişi isə düzəlişin həcmindən asılı olaraq 7–21 gün çəkə bilər. Yenidən təqdim edilmiş versiya üzrə yekun redaksiya qərarı adətən 3–7 gün ərzində verilir. Bu müddətlər göstərici xarakter daşıyır və rəyçi əlçatanlığı, düzəlişin mürəkkəbliyi və əlavə ekspertiza ehtiyacı səbəbindən dəyişə bilər; jurnal konkret tarixə qəbul və ya nəşr zəmanəti vermir.
